Maqazin

“İlhamə heç sağ vaxtı öhdəmdən gələ bilmirdi”

“İlhamə heç sağ vaxtı öhdəmdən gələ bilmirdi”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xalq artisti Flora Kərimova sağlığında qalmaqal yaşadığı İlhamə Quliyeva barədə danışıb.

OLAY yazır ki, bu barədə sənətçi “Rəngarəng səhər” proqramında açıqlama verib. Kərimova deyib ki, Quliyeva onun öhdəsindən sağlığında da gələ bilmirdi:

“Bu vaxta qədər ona Allah rəhmət etsin deməmişəm. Amma indi məcbur deyirəm, həm də çaşdım. Düşmənlərim, deyəndəki, köçənin arxasından danışmazlar. Həqiqətdən hündür heç nə yoxdur. Söz İlhamə Quliyevaya çatdısa… Mənim qızım Zümrüdün atası dünyasını dəyişəndə İlhamə Quliyeva başsağlığı verən insanları evimdən qovurdu. Mən bu məqamları heç yadımdan çıxara bilərəm? Sabah bacısı, yaxını danışacaq. Fərqi yoxdur. Qızım ağlayaraq gəlib dedi ki, İlhamə xala otaqda qışqırır və evimizdə olan insanları qovur. Mən bu həyatı yaşamışam. İlhamə çox gözəl müğənnidir, gözəl oxuyur. Onun səsində yanğı var, yanğılı oxuyurdu.

Ancaq onun xasiyyəti… Kimdən danışan. İlhamə Quliyeva cənnətin içində də  adama pislik edən insan idi. Ailəmin, qızımın, oğlumun haqqında o qədər sözlər danışıb ki… Millətim, mən də bunlardan sonra “şişdim, şişdim, şişdim” və axırda “partladım”. Olmaz belə… Heç bir sənətkar heç bir sənətkarın yerini tutmur.

Bizi bir-birimizdən fərqləndirən ömür boyu qazandığı nüfuzudur. Əgər sən o nüfuzu qazanmamısansa, istəyir səsin qızıldan, xasiyyətin brilliant olsun, amma səni bu millət qəbul etməyəcək. Mən axı, sənə nə etmişdim ki, sən İlhamə, mənə nələr dedin, nələr “yapışdırdın”. Dözdüm, dözdüm… Bilirsiniz, niyə dözürdüm? Övladlarıma görə… Sonra isə bilirsiniz, niyə dözmədim, getdim üstünə? Hərdən deyirlər, İlhamənin ölmüş gününə. İlhamə heç diri vaxtı da öhdəmdən gələ bilmirdi. Mən heç zaman heç kimin qarşısından qaçmamışam”.