İdman

İlkay Gündoğan həyəcan təbili çaldı: “Bundan pis ola bilməz”

İlkay Gündoğan həyəcan təbili çaldı: “Bundan pis ola bilməz”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniya millisinin yarımmüdafiəçisi İlkay Gündoğan komandasının Avstriya ilə yoldaşlıq oyununda məğlubiyyətini (0:2) şərh edib. 

Fanat.Az xəbər verir ki, “Barselona” klubunun türk əsilli oyunçusu bu barədə ZDF-yə danışıb.

“Biz çox məyusuq. Avstriyalıların işini asanlaşdırdıq. Dürüst olmalıyıq, təkcə müdafiənin günahından uduzmadıq. Vəziyyət bundan daha pis ola bilməz. Ola bilsin ki, bu, bugünkü matçdan yeganə müsbət məqamdır”.

Evdə keçiriləcək Avropa çempionatına hazırlıq çərçivəsində keçirdiyi son on yoldaşlıq görüşündə Almaniya yığması cəmi iki qələbə qazanıb. Bundan əvvəlki yoldaşlıq oyununda Julian Nagelsmanın komandası Türkiyə millisinə 2:3 hesabı ilə uduzmuşdu.