İdman

İlkay Gündoğan millidə sıradan çıxdı – “Barselona” narahatdır

İlkay Gündoğan millidə sıradan çıxdı – “Barselona” narahatdırbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Barselona”nın yarımmüdafiəçisi İlkay Gündoğan Almaniya millisinin heyətində oyunda zədələnib.

Fanat.Az xəbər verir ki, Kataloniya təmsilçisi Fransa millisi ilə yoldaşlıq görüşündə 25-ci dəqiqədə xəsarət alaraq Paskal Qrossla əvəzlənmək məcburiyyətində qalıb.

32 yaşlı yarımmüdafiəçi meydanı göz yaşları içində tərk edib.

“Barselona” yeni transferinin sağlıq durumuna görə ciddi narahatdır. İnsayder Kerri Hounun verdiyi məlumata görə, ilkin diaqnoz çox ciddi çanaq əzilməsi olduğunu göstərib. Yaxın vaxtlarda Gündoğan Barselonada əlavə müayinədən keçəcək və bundan sonra məşqçilər korpusu onun nə vaxt sıraya dönəcəyini biləcək.

İlkay Gündoğan bu yay “Mançester Siti”ni “Barselona”ya dəyişib. O, Kataloniya klubunda 4 oyunda meydana çıxaraq 2 məhsuldar ötürmə edib.