İdman

İlkay Xavi ilə Qvardiolanı müqayisə etdi

İlkay Xavi ilə Qvardiolanı müqayisə etdibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Barselona”nın yarımmüdafiəçisi İlkay Gündoğan hazırkı çalışdırıcısı Xavini “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola ilə müqayisə edib.

Fanat.Az xəbər verir ki, “Barca Times” türk əsilli futbolçunun dediklərini sosial şəbəkə hesabı vasitəsilə belə çatdırıb.

“Mənim Xavi ilə əla münasibətim var. Onun sayəsində bura gəldim. Danışıqlara başlamazdan əvvəl iki dəfə telefonda hər şeyi müzakirə etdik. Düşünürəm ki, bu məşqçi mənə çox uyğundur.

Qvardiola çox təcrübəlidir, Xavi isə məşqçi kimi cəmi 5-ci mövsümünü yaşayır. Onlardan yalnız üçü Avropada olub. Amma fikirləşirəm ki, onların futbola baxışları çox oxşardır”.

Gündoğan yay transfer pəncərəsində “Mançester Siti”dən “Barselona”ya keçib. Onun Kataloniya klubu ilə müqaviləsinin müddəti 2025-ci ilə qədərdir. “Transfermarkt” İlkayın dəyərini 20 milyon avro qiymətləndirir.