Maqazin

İlkindən ağır sözlər

İlkindən ağır sözlərbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Heç kəs məndən inciməsin. Bir Əməkdar artist, Dövlət Opera və Balet Teatrının solisti olaraq deməyə haqqım var. Elə dırnaq arası sənətçilər var ki, mən onları qəbul etmirəm və heç vaxt da etməyəcəyəm”.

OLAY yazır ki, bu sözləri xanəndə İlkin Əhmədov “7 Canlı” proqramında qonaq olarkən qeyd edib.

Əməkdar artist bəzi müğənnilərin ünvanına ağır sözlər deyib:

“Kiminlə efirə çıxmaq, səhnə bölüşmək vacibdir. Əvvəllər buna fikir vermirdim. Fikirləşirdim ki, tamaşaçı məni pis qəbul edər, yanlış başa düşər. Bütün tamaşaçıların qarşısında ifa etmək borcumuzdur. Çünki bizi yüksəldən onlardır. Elə dırnaq arası sənətçilər var ki, mən onları qəbul etmirəm və etməyəcəyəm də. Adlarını çəkmirəm. Onlarla efirə çıxmıram. 

Bir neçə il bundan öncə televiziya efirlərinin birində bu hal yaşandı. O verilişdə tamaşaçı xatirinə əyləşdim. Ancaq etməməli idim. Çünki bir-birimizin səviyyəsi heç cür uyğun gəlmir. Özü də aparıcı onu başda əyləşdirib. Tamaşaçı da baxıb deyir ki, axı bu adamın səsi yoxdur, mahnısı çox cılızdır. O ifalar insanı iyrəndirir. Söz, səs və ritmdə mahiyyət yoxdur. Hansısa vasitə ilə efirə çıxıb”.