Dünya

İlon Mask bir gündə 13 milyard dollar itirdi

İlon Mask bir gündə 13 milyard dollar itirdibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Tesla” və “SpaceX” şirkətlərinin, “Twitter” mikrobloqunun rəhbəri İlon Maskın sərvəti bir gün ərzində 12,6 milyard dollar azalıb.

 

7Times.az  xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

 

Amerikalı milyarderin sərvətinin azalmasına səbəb kimi cari ilin birinci rübündə “Tesla”nın səhmlərinin 9,75% aşağı düşməsi, “Starship” kosmik gəmisinin prototipinin partlaması göstərilib.

 

Mask, həmçinin tviter istifadəçilərinin böyük hissəsinin aylıq 8 dollar olan ödənişli “Twitter Blue” abunəliyini yeniləməkdən imtina etməsi səbəbindən külli miqdarda vəsait itirib.

 

Hazırda onun sərvəti 164 milyard dollardır.