Milyarder iş adamı İlon Maskın iş müsahibələrində namizədlərə verdiyi sual ortaya çıxıb. Bildirilib ki, 280 milyard dollar sərvəti olan Maskın namizədlərə yaşadıqları çətinliklərlə bağlı sevimli sualı olub.
7times.az xəbər verir ki, “haberglobal”ın verdiyi məlumata görə, son 1 ildə Tesla səhmlərinin artması ilə dünyanın ən zəngin adamı olan İlon Maskın iş dünyasındakı uğurları ilə bağlı araşdırmalar davam edir.
50 yaşlı Maskın şirkətlərinə işə götürəcəyi namizədlərin hansı məktəbi bitirdikləri ilə maraqlanmadığı bildirilir. O, “sənin üzərində işlədiyin ən böyük problem nə idi və onu necə həll etdin” sualına verilən cavaba görə namizədləri qiymətləndirir.
Namizədlərin bu sualla yalan danışıb-danışmadığını anlayan Maskın universitet diplomuna əhəmiyyət vermədiyi və insanları problemlərin öhdəsindən gəlmək qabiliyyətinə görə şirkətlərinə işə götürərək uğur qazandığı vurğulanıb.
“Problemləri həll etmək qabiliyəti olan adamın hər hansı bir universitet, hətta orta məktəb diplomunun olmasına ehtiyac yoxdur”, – deyib. Bizimyol.info
Follow @7timesaz