Dünya

​İmamoğlunun həbsi tələb olunur

​İmamoğlunun həbsi tələb olunurbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İstanbul Büyükşehir Bələdiyyə Başçısı Əkrəm İmamoğlunun 4 il 1 ay müddətinə azadlıqdan məhrum edilməsi istənilib.

Metbuat.az “Sözcü”yə istinadən xəbər verir ki, Əkrəm İmamoğlunun 31 mart 2019-cu il seçkilərinin ləğvindən sonra mətbuat çıxışında YSK sədrini və üzvlərini təhqir etdiyi iddiası ilə mühakimə olunub.

Anadolu 7-ci Asliye Cəza Məhkəməsində keçirilən iclasda Əkrəm İmamoğlu iştirak etməsə də, vəkili Kamal Polat iştirak edib.

Qeyd edək ki, ləğv olunmuş seçkilərdə İmamoğlu 13 mindən çox səslə irəlidə idi.