Maqazin

“İmkan varsa, ölkə başçısı mənimlə görüşsün və fəxri adımı versin” – Tacir

“İmkan varsa, ölkə başçısı mənimlə görüşsün və fəxri adımı versin” – Tacirbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi müğənni Tacir Şahmalıoğlu ona fəxri ad verilməsiylə bağlı ölkə başçısı İlham Əliyevə sosial şəbəkədə müraciət edib.

7times.az-ın xəbərinə görə, T.Şahmalıoğlu bu günə qədər fəxri ada layiq görülməməsinin səbəbini bilmədiyini deyib:

“Mən cənab prezidentə video müraciətimdə fəxri ad ala bilmədiyimi və diqqətdən kənarda qaldığımı demişəm. Bu gün Azərbaycan xalqı bir oldu, Allaha şükür torpaqlarımız işğaldan azad olundu, qələbə çaldıq. Amma mən yenə də diqqətdən kənarda qaldım və bunun səbəbini isə bilmirəm. Ola bilməz ki, mənim ad məsələmdən xəbərdar olmasınlar. Necə oldu hamı tanıdı, amma Mədəniyyət Nazirliyində heç kim məni tanımadı? Bunu bilirlər, amma nəyə arxalanıb mənim fəxri adımı vermirlər, bilmirəm. Mən məqsədimə çatana qədər müraciətlərimi edəcəm”. demokrat.az