Dünya

İmran Xan müxalifəti HƏDƏLƏDİ: “Etimadsızlıq halında…”

İmran Xan müxalifəti HƏDƏLƏDİ: “Etimadsızlıq halında…”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Pakistanın Milli Assambleyasında (parlamentin aşağı palatası) mənə qarşı etimadsızlıq səsverməsi ölkəyə idxal edilmiş hökumətin hakimiyyətə gəlməsi ilə bağlıdır”.

7Times.az xəbər verir ki, bunu Pakistanın Baş naziri İmran Xan respublikanın aparıcı televiziya kanalları tərəfindən yayımlanan xalqa müraciətində deyib.

“Mən idxal olunan hökuməti tanımıram” deyən Xan hakimiyyətin ötürülməsinin yalnız demokratik – seçkilər yolu ilə həyata keçirilməli olduğunu vurğulayıb.

İmran Xan Pakistanın ABŞ-dakı keçmiş səfiri Əsəd Məcid Xana (vəzifəsini 24 mart 2022-ci ildə başa vurub) istinad edərək bildirib ki, onun Baş nazir postundan uzaqlaşdırılması cəhdi müxalifətin etimadsızlıq səsverməsi təklif etməsindən bir neçə ay əvvəl Qərb tərəfindən təşkil edilmişdi:

“Mənim xaricdə pulum, əmlakım və ya bank hesablarım yoxdur, ona görə də qərarlarım kənar təsirlərə məruz qalmır. Bütün bu dram bir nəfəri çıxarmaqdan ibarətdir”.

Hökumət başçısı aprelin 10-da həmvətənlərini ümummilli dinc etiraz aksiyasında iştirak etməyə çağırıb: “Siz müstəqilliyi müdafiə etməlisiniz. Bu, sizin məsuliyyətinizdir”.

Qeyd edək ki, aprelin 3-də Milli Assambleyada görüş zamanı vitse-spiker Qasim Suri bildirib ki, Pakistanın Baş naziri İmran Xana qarşı etimadsızlıq səsverməsi keçirilə bilməz. Belə ki, bu konstitusiyaya ziddir. Həmin gün Pakistan prezidenti Arif Alvi baş nazirin təklifi ilə parlamenti buraxıb.

Aprelin 7-də Pakistanın Ali Məhkəməsi Milli Assambleyanın buraxılmasını və Baş nazir İmran Xana etimadsızlıq səsverməsinin ləğvini qeyri-konstitusion adlandırıb. Baş hakimlər Milli Assambleyaya İmran Xana etimadsızlıq səsverməsi üçün aprelin 9-da iclas çağırmağı tapşırıblar. (“Report”)