Dünya

İmran Xana bəraət verildi

İmran Xana bəraət verildibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İslamabad Ali Məhkəməsi Pakistanın keçmiş baş naziri, müxalif “Ədalət Hərəkatı” (ƏH) partiyasının lideri İmran Xana, eləcə də keçmiş xarici işlər naziri Şah Mehmud Qureşiyə dövlət sirrini açıqlanması ittihamı üzrə bəraət qazandırıb.

7Times.az xəbər verir ki, İslamabad rayon məhkəməsi hər iki siyasətçiyə qarşı 2022-ci ilin payızında ƏH fəallarının hökumət əleyhinə yürüşü zamanı vandalizm aktları təşkil etmək ittihamını ləğv edib.

2024-cü ilin yanvarında İmran Xan və Şah Mehmud Qureşi dövlət sirri haqqında qanunu pozmaqda ittiham edilərək hər biri 10 il müddətinə azadlıqdan məhrum edilib. Fevralın əvvəlində məhkəmə keçmiş baş nazir və onun həyat yoldaşını qeyri-qanuni nikaha daxil olmaqda təqsirli bilib və onları yeddi il müddətinə azadlıqdan məhrum edib.