Dünya

İmran xanın həyat yoldaşı ev dustaqlığından həbsxanaya köçürüləcək

İmran xanın həyat yoldaşı ev dustaqlığından həbsxanaya köçürüləcəkbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Pakistanın keçmiş Baş naziri İmran Xanın həyat yoldaşı Büşra Bibi ev dustaqlığından həbsxanaya köçürüləcək.

APA-nın “Reuters“ə istinadən xəbərinə görə, onun vəkilləri bunu Büşra Bibinin öz xahişi ilə baş tutduğunu bildirib.

Bu addım Büşra Bibinin təhlükəsizliyinin təhdid altında olması ilə əsaslandırılıb. Məhkəmə vəkillərin ev həbsi cəzasının dəyişdirilməsi ilə bağlı tələbini qəbul edib.

Büşra Bibi cəzasını həyat yoldaşı İmran Xanla eyni həbsxanada – Ravalpindi şəhərinin Adayal həbsxanasında çəkəcək.

Qeyd edək ki, müxtəlif cinayət əməllərində ittiham olunan keçmiş hökumət başçısı və onun arvadı Büşra Bibi 7 il həbsə məhkum edilsə də, sonradan hər iksinin cəzası 14 ilədək artırılıb.