Azerforum publika.az-a istinadən Simo Hayha haqda yazını təqdim edir.
-20-40 dərəcə arasında dəyişən Arktika soyuqluğundan və yandırıcı istidən asılı olmayaraq demək istərdik ki, Simo Hayha əjdaha ilə bağlanmış qüllədən şahzadəni xilas etməyə çalışan yaraşıqlı şahzadə deyildi. Ağ kamuflajında gah qurumuş ağacın koğuşunda, gah da qarda xəndək qazan Hayha 100 gün ərzində ona qarşı göndərilən snayperlər də daxil olmaqla, 700 rus əsgərini öldürüb. Bu, “Call of Duty: Modern Warfare II” filmindəki qarlı epizod kimi səslənir, amma elə deyil…
Aşkarlanmamaq üçün nələr edib?
Çox ağıllı döyüşçü olan Hayha tez-tez ağzına qar götürüb hədəf gözləyirdi ki, ağzından çıxan buxar onun yerini aşkara çıxarmasın. Hətta o qədər yaxşı snayper idi ki, onun görünməsinə səbəb olmaması üçün optik nişangah əvəzinə silahın orijinal nişangahından istifadə edirdi. Bu səbəbdən ruslar ona “Ağ ölüm” ləqəbini vermişdilər.
Müharibəyə getməmişdən əvvəl əkinçilik və ovçuluqla məşğul olan Hayhanın belə bir öldürücü maşına çevriləcəyini heç kəs düşünməmişdi. O, 20 yaşında olarkən Finlandiya milislərinə qoşulub və Viipuri əyalətində atıcılıq idmanında snayper bacarığı ilə bir çox uğurlara imza atıb. Hayha fermadakı evini kuboklarla doldurub.Müharibədən sonrakı fəaliyyəti
Onun rus əsgəri tərəfindən üzündən vurularaq öldürüldüyü xəbəri yayılsa da, Hayha müalicə olunub və sağalıb. Müharibə bitən gün isə ordudan tərxis olunub. Amma partlayıcı silahla üzündən zədə alması onun simasını tanınmaz hala salıb.
Hayha İkinci Dünya müharibəsindən sonra müvəffəqiyyətli maral ovçusu və it bəsləyicisi kimi həyatına davam edib. Finlandiya Prezidenti Urho Kekkonen ilə ova çıxıb. 1998-ci ildə necə yaxşı atıcı olduğunu soruşduqda o, “Sadəcə məşq etməklə” cavabını verib. Ondan öldürdüyü insanlara görə peşman olub-olmadığı da soruşulub. Hayha belə cavab verib: “Mən sadəcə öz vəzifəmi və mənə tapşırılanları etdim”.
Simo Hayha həyatının son illərini Finlandiyanın cənub-şərqində, Rusiya sərhədinə yaxın kiçik Ruokolahti kəndində keçirib. O, 2 aprel 2002-ci ildə 96 yaşında vəfat edib.