Dünya

İncədən CHP-yə: Ərdoğan soruşsa, nə cavab verəcəksən?

İncədən CHP-yə: Ərdoğan soruşsa, nə cavab verəcəksən?backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cümhuriyyət Xalq Partiyası (CHP) rəhbərlərinin tək istəyi vəzifə ələ keçirməkdir.

7Times.az Axar.az-a istinadən  xəbər verir ki, bu sözləri Türkiyənin Məmləkət Partiyasının rəhbəri Məhərrəm İncə deyib.

“Müxalifət növbədənkənar seçkilərin keçirilməsini istəyir, amma daxildəki qurultayı 1 il təxirə salır. Belə düşüncə tərzi ola bilərmi?! Ərdoğan sənə (CHP lideri Kamal Kılıçdaroğlu – red.) desə ki, nə üçün təxirə saldın, sən də deyəcəksən ki, seçki var deyə etdim. O zaman Ərdoğan da desə ki, mən də 2023-cü ildə deyil, 2024-cü ildə seçkilər keçirəcəyəm. O zaman sən nə cavab verəcəksən?!” – deyə İncə Ərzurumda çıxışında bildirib.

O, CHP rəhbərliyinin HDP-çi deputatı terrorçularla fotosuna görə (PKK terrorçusunun cibindən HDP-çi deputat Səmra Gözəllə qol-boyun şəkli çıxıb. S.Gözəl terrorçu ilə vaxtilə sevgili olduğunu etiraf edib) qınamadığını söyləyib:

“Müxalifət hər şeyi görməzdən gəlir. Ancaq səs toplamaq dərdləri var”