“Sosial şəbəkələrdə insanlara qeyrət dərsi keçənlərin çoxunun ailəsi bu vəziyyətdədir…”
7Times.az xəbər verir ki, bu sözləri Eurovision-2016” mahnı müsabiqəsində ölkəmizi təmsil edən Səmra Rəhimli sosial şəbəkə hesabında yazıb.
Xoşqədəm Hidayətqızının verilişində qayınanasının qətli ilə bağlı faktları açıqlayan Əfsanədən danışan müğənni onu qınayıb:
“Gəlininin ərinin əmisi oğlu ilə sevgili olduğunu öyrənəndə qayınananı öldürüblər. Bir-birinin arvadına göz dikməyi türk seriallarına baxıb öyrəniblər? Əsl biqeyrətlik budur. Ərin, uşağın varsa, mələksən demək deyil. İndi bir çox ərlilər ərsizlərdən betərdilər”.
Follow @7timesaz