Maqazin

“İndi bir qız gözləyirəm, görək nə olur…” – Əlikram

“İndi bir qız gözləyirəm, görək nə olur…” – Əlikrambackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tanınmış ifaçı Əlikram Bayramov yeni klip çəkillərinə başlayıb. Klip çəkilişlərindən öncə ifaçı Moderator.az-ın suallarını cavablandırdı:

– Bu gün “Mənim sevgilim gəlib” adlı mahnımın klip çəkilişlərinə başlamışıq. Çox şükür ki,   işlərim yaxşıdır. Hərdən toylara gedirəm, olmayanda da getmirəm.

– “Mənim sevgilim gəlib” mahnısını kimə ithaf etmisiniz?

– Mənim sevdiyim adam çoxdan gəlib. Həyat yoldaşım daima yanımdadır. O zamanında gəlib. Bu mahnı isə sevib, sevilənlər üçündür.

Ya yerdən, ya göydən məni sevən ürəkdən, səmadan ya küləkdən mənim sevgilim gəlib. Sevgisi olanlara həsr edirəm. Qoy sevsinlər, sevilsinlər.

– İndi deyirsiniz sevgiliniz yoxdur? 

– Qoy görək də ay qızım. İndi bir qız gözləyirəm. Bu axşam bir qız gələcək, ona gül-çiçək hazırlamışam. Görək nə olur (gülür). Təbii ki, söhbət klipdən gedir. Klipimizin rejissoru Ramin Əliyevdir. Gələn həftəyə hazır olacaq.

Pandemiyadan dolayı klipə təqdimat etməyi düşünmürəm. Bircə bu bəla, virus çıxıb getsin. Bizim də canımız qutarsın.

Buradan sizin vasitənizlə qarşıdan gələn Yeni il münasibəti ilə bütün media nümayəndələrini təbrik edirəm. Allahdan əmin-amanlıq, şəhidsiz, müharibəsiz bir il arzu edirəm.

– 2021-ci il hansı hadisələrlə yaddaşınızda qaldı?

-30 ildir gözlədiyimiz bir il oldu. Bir ölkənin ən böyük arzusu işğal olunmuş torpaqlarının geri qaytarılması olar ki, biz bu il torpaqlarımızı işğaldan azad etdik. Dünyada bundan böyük xoşbəxtlik yoxdur.

Əmimin nəvəsi də şəhid oldu. Onun əziyyətini mən çəkmişdim, oxutmuşdum, nişanlamışdım, toyunu edəcəkdim. Allahın qismətidir. Onun yeri həyatımızda  görünür.

 – Qarabağda klip çəkdirməyi necə, düşünürsünüzmü?

– Bir neçə dəfə Mədəniyyət Nazirliyinə bununla bağlı müraciət etmişəm. Hələ ki, mənə ora getməyi məsləhət görmürlər. Başa düşürəm, o torpaqlarda doğulanlar hələ  gedib yurd-yuvalarını görməyiblər. Qarabağlıların özləri belə gedib torpaqlarını görə bilməyiblər. Qarabağlıları da başa düşürəm. Qarabağlı o qədər müğənnilərimiz var ki, onlar hələ də dədə-baba yurdlarına gedib çıxa bilməyiblər. Bir mahnım var, Allah qismət etsə, klipimi orada çəkdirəcəm.

Ötən il yaddaşımda bu hadisələrlə qaldı. Gələn ildən isə gözləntilərim çoxdur. Xüsusən də 2022-ci ildə əkiz nəvəm dünyaya gələcək. Gecə-gündüz Allaha yalvarıram ki, sağ-salamat dünyaya gəlsinlər.

–  Bala şirindir, yoxsa  nəvə?

–  Əlbəttə nəvə. Mənim bir oğlum var. Oğlum deyir nəvələrin olandan sonra məni unutmusan. Nəvə insanın dünyasını dəyişir. Məni görməyəndə nəvələrim bikef olur. Mənim  yalnız bir övladım olub, evimdə başqa uşaq olmayıb. Hər zaman arzulamışam ki, çoxuşaqlı ailəm olsun.