Dünya

İngilis dili “ölüb”, gəlin, Çin dilini öyrənək – Volodin

İngilis dili “ölüb”, gəlin, Çin dilini öyrənək – Volodinbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin KTMT Parlament Assambleyasının Şura iclasında çıxışı zamanı ingilis dilinin “ölü dil” olduğunu bildirib.

7Times.az  xəbər verir ki, bu haqda “RİA Novosti” agentliyi məlumat yayıb.

Belə ki, Volodin Çin nümayəndəsinin çıxışını rus dilində şərh edib.

“Gəlin, milli dillərimizi, millətlərarası ünsiyyət dillərini, Çin dilini öyrənək. İngilis dili ölü dildir. Budur, vaxtı keçib”, – deyə rusiyalı spiker vurğulayıb.

O, həmçinin Çini milli mədəniyyət və adət-ənənələrin qorunub saxlanmasının parlaq nümunəsi adlandırıb.