“Napoli”nin və Gürcüstan millisinin vingeri Xviça Kvaratsxeliya mövsümün sonunda İngiltərə nəhənginə transfer oluna bilər.
Fanat.Az xəbər verir ki, informasiyanı “Fichajes” yayıb.
Mənbənin məlumatına görə, cari mövsüm Neapol təmsilçisində parlaq çıxışla diqqət çəkən gürcü futbolçu “Liverpul”un əsas transfer hədəfinə çevrilib. İngiltərə klubu “Napoli”ni razı salmaq üçün 130 milyon avrosundan keçməyə hazırdır.
Qeyd edək ki, bu mövsüm A Seriyasında 33 oyuna çıxan 22 yaşlı Xviça 14 qol və 16 məhsuldar ötürmə ilə yadda qalıb.
Follow @7timesaz