“Atletiko Madrid”in hücumçusu Antuan Qrizmann karyerasının İngiltərədə davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, məlumatı “El Nacional” yayıb.
Xəbərə görə, Fransa millisinin forvardının xidmətində “Mançester Yunayted” maraqlıdır. Mənbə “qırmızı şeytanlar”ın 32 yaşlı futbolçuya “Atletiko”da qazandığından 3 dəfə çox maaş verməyə hazır olduğunu vurğulayıb. Bu isə o deməkdir ki, Qrizmann MY-yə keçəcəyi halda, illik 21 milyon avro məvacib ala bilər.
Qeyd edək ki, Qrizmannın Madrid təmsilçisi ilə müqaviləsinin müddəti 2026-cı ilin yayına qədərdir. “Transfermarkt” portalı sözügedən oyunçunun transfer qiymətini 25 milyon avro ilə dəyərləndirir.
Follow @7timesaz