Aktyor Kamran Ağabalayev müğənni Nadir Qafarzadə ilə aralarında yaşanan qalmaqaldan danışıb.
7Times.az xəbər verir ki, sənətçi “Ziq-zaq” verilişində Nadiri həmin mübahisədən sonra tanıdığını bildirib:
“Nadirin mənimlə problemi oldu. Onu elə o vaxtlar tanımışam. Ondan əvvəl də, sonra da üz-üzə gəlməmişik. İnşallah da üz-üzə gəlmərik. Şou-biznesdə yoxam. Covid-19 göstərdi ki, müğənnilərin bütün sənəti toy üzərində qurulub. Bunu deməkdən çəkinmədilər, utanmadılar, usanmadılar”.
Qeyd edək ki, N.Qafarzadə K.Ağabalayev haqqında “Azərbaycanlı kişi aktyor erməni ilə filmə çəkilir. Deyəcəksiniz ki, bu, onun işidir və qonorar alır. Tüpürüm o pula. Ağızdolusu kişilikdən danışır” açıqlamasını vermişdi.axsam.az
Follow @7timesaz