İtaliya A Seriyasında XXV turun oyunları keçirilir.
Oxu.Az xəbər verir ki, “İnter” öz meydanında “Leççe”yə qalib gəlib – 2:0.
Milanlıların qollarını Henrix Mxitaryan və Lautaro Martines vurub.
Qələbə sayəsində xalını 50-yə çatdıran “İnter” “Latsio”nu geridə qoyaraq, 2-ci pilləyə yüksəlib. “Nerazzuri” lider “Napoli”dən 15 xal geri qalır.
Turun mərkəzi oyununda “Yuventus” və “Roma” ikincilərin meydanında üz-üzə gəlib. “Stadio Olimpiko”da keçirilən matç paytaxt klubunun minimal hesablı qələbəsi ilə başa çatıb – 1:0.