İtaliya “İnter”inin futbolçusu Stefano Sensinin evi qarət olunub.
7times.az “La Gazzetta dello Sport”a istinadən xəbər verir ki, hadisə Milan təmsilçisinin “Torino”ya qarşı keçirdiyi A Seriyasının XIX tur oyunu zamanı baş verib.
Mətbəxin pəncərəsindən evə daxil olan cinayətkarlar ümumi dəyəri 70 000 avro olan qol saatlarını və digər qızıl-zinət əşyalarını oğurlayıblar. 26 yaşlı yarımmüdafiəçiyə dəymiş zərər 200 000 avro olaraq qiymətləndirilib.
Qeyd edək ki, “İnter” – “Torino” matçı meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Follow @7timesaz