İdman

“İnter” tarixində ilk dəfə “Milan”ı bu vəziyyətə saldı

“İnter” tarixində ilk dəfə “Milan”ı bu vəziyyətə saldıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyununda ilk qarşılaşmada yendiyi “Milan”ı minimal hesabla məğlub edən “İnter” tarixi nəticəyə imza atıb.

Fanat.Az xəbər verir ki, “qara-göylər” ilk dəfə ardıcılı 4 oyunda əzəli rəqibini “quru hesab”la üstələməyi bacarıb.

Daha öncə ÇL-in yarımfinalının birinci duelində “qırımızı-qaralar”ın qapısından 2 cavabsız top keçirən “İnter”, A Seriyasının 21-ci turunda 1:0, İtaliya Superkubokunun finalında isə 3:0 hesablı qələbələr qazanmışdı.

Qeyd edək ki, “İnter” ÇL-in finalında “Real Madrid” – “Mançester Siti” cütünün qalibi ilə üz-üzə gələcək.