“Apple” korporasiyası qüsurlu “iPhone 12” smartfonunu bütün dünya üzrə geri çağırmaq üçün proqrama başlayıb.
7times.az xəbər verir ki, bu barədə “Appleinsider” məlumat yayıb. Artıq Amerika şirkəti səs problemi olan smartfonların geri qaytarılmasını təmin etməyə başlayıb. Problemlərdən ilk növbədə Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) olan istehlakçılar şikayət ediblər. Apple problem “iPhone 12 və 12 Pro”-nun çox kiçik bir hissəsində baş verdiyini açıqlayıb.
Smartfonların geri çağırılması proqramının bütün dünyada işə salındığı bildirilib. Şirkətin sənədlərinə görə, audio problemləri qəbuledici modulda komponent nasazlığından yarana bilər. Bu qüsur 2020-ci ilin oktyabrından, 2021-ci ilin aprelinə qədər buraxılmış iPhone 12 seriyasında aşkar edilib. “IPhone 12 mini” və “iPhone 12 Pro Max” smartfonları proqramda iştirak etmir. KONKRET.az
Follow @7timesaz