Hərbi

“İqtisadiyyatın 35 faizi məhv edilib”  Ukrayna iqtisadiyyatını nə gözləyir?

“İqtisadiyyatın 35 faizi məhv edilib” – Ukrayna iqtisadiyyatını nə gözləyir?backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiyanın hərbi müdaxiləsi nəticəsində Ukrayna büdcəsinin aylıq kəsiri 5 milyard dollara yaxınlaşır”.

7Times.az xəbər verir ki, BMT-nin Ukrayna iqtisadiyyatı ilə bağlı son hesabatında belə deyilir.

Hesabatda qeyd olunur ki, müharibə nəticəsində Ukrayna iqtisadiyyatı 35 faiz kiçilib. Buna səbəb olan amillər sırasında Rusiyanın iri müəssisələri, limanları, ümumilikdə infrastrukturu, dəmir yolu, enerji infrastrukturu xətlərini, körpüləri və s. məhv etməsi, eləcə də istehsal və ticarət fəaliyyətlərinin məhdudlaşması, işçi qüvvəsinin azalması kimi məsələlər var.

Hesabatda deyilir: “Ukrayna iqtisadiyyatının 2023-2024-cü il perspektivləri qeyri-müəyyəndir və bir çox faktorlardan asılı olacaq. O cümlədən, hərbi əməliyyatların dayandırılması və bərpa işlərinə başlanmasından”.

BMT mütəxəssisləri bildirirlər ki, Ukrayna Mərkəzi Bankı monetar maliyyələşdirmə vasitəsilə dövlət xərclərinin üçdə birini təmin edə bilib. Lakin bu, ölkənin valyuta ehtiyatlarının əriməsinə və devalvasiyaya səbəb olub.

Ukraynaya edilən maliyyə yardımlarına gəlincə, qeyd olunur ki, bu yardımlar kifayət edəcək dərəcədə deyil. Belə ki, təkcə aylıq büdcə kəsiri 5 milyard dollara yaxın olan ölkəyə Avropa İttifaqı 2023-cü ildə cəmi 18 milyard avro vəsait ayırmağı planlaşdırır.

Qeyd edək ki, Beynəlxalq Valyuta Fondu da 2022-ci ilin nəticələrinə görə Ukrayna Ümumi Daxili Məhsulunun 35 faiz azalacağını, inflyasiyanın isə 30 faiz təşkil edəcəyini proqnozlaşdırmışdı və növbəti 5 il üçün proqnoz verməyəcəyini bəyan etmişdi. Əksər nüfuzlu mütəxəssislər isə hesab edirlər ki, beynəlxalq dəstək sayəsində Ukrayna iqtisadiyyatının bərpasına 5-10 il vaxt lazım olacaq.

“AzPolitika.info