İran MDB ölkələri də daxil olmaqla 33 ölkənin vətəndaşları üçün viza rejimini ləğv edib.
7Times.az xəbər verir ki, ölkənin mədəni irs, sənətkarlıq və turizm naziri Ezzatullah Zərqaminin sözlərinə görə, İran öz qapılarını bütün dünyaya açmağa hazırdır.
Siyahıya Rusiya, Belarus, Tacikistan, Qırğızıstan, Özbəkistan, həmçinin BƏƏ, Səudiyyə Ərəbistanı, Hindistan və s. daxildir.Daha əvvəl bildirilmişdi ki, Keniya 2024-cü ilin yanvarından bəzi ölkələrdən gələn turistlər üçün vizaları ləğv etməyi planlaşdırır.
Follow @7timesaz