Dünya

İran ABŞ hərbçilərinə hücum edərsə, cavab veriləcək – Bayden

İran ABŞ hərbçilərinə hücum edərsə, cavab veriləcək – Baydenbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Prezidenti Co Bayden İranın Yaxın Şərqdəki Amerika hərbçilərinə hücum edəcəyi təqdirdə onlara cavab veriləcəyini açıqlayıb.

APA xəbər verir ki, bu barədə Baydenın İranın ali dini lideri Ayətullah Əli Xameneiyə məktubunda bildirilib.

ABŞ lideri xəbərdarlıq edib ki, rəsmi Tehran ABŞ ordusuna qarşı reaksiya verərsə, Vaşinqton cavab verəcək.

Bayden vurğulayıb ki, ABŞ ordusu Yaxın Şərq regionunda İsrail və Fələstin arasında gərginləşən münaqişəyə görə deyil, terrorçu qruplarla mübarizə üçün orada yerləşdirilib.

Bundan əvvəl İranın ali dini lideri Ayətullah Əli Xamenei yəhudi dövlətinin Qəzza zolağına hücumları fonunda Qərb liderlərinin İsrailə səfərlərini tənqid edib. Onun sözlərinə görə, ABŞ İsrailin bölgədə fələstinlilərə qarşı cinayətlərində müəyyən ortaqlıq daşıyır.