Dünya

“İran bizim ümumi düşmənimizdir…”

“İran bizim ümumi düşmənimizdir…”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“İsrail birmənalı olaraq Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəkləyir…”

 

“İsrail Ukraynaya kredit və hücumlar barədə xəbərdarlıq sistemi vəd edir, Kiyev silah gözləyir…”
İsrailin xarici işlər naziri Rusiyanın Ukraynaya qarşı tammiqyası hərbi müdaxiləsindən sonra ilk dəfə olaraq Ukraynaya səfər edib.
“Moderator.az xəbər verir ki, bu barədə “zn.ua” nəşri məlumat yayıb.
İsrailin baş diplomatı Ukrayna xarici işlər naziri ilə görüşüb. İsrail və Ukrayna XİN rəhbərləri Eli Koen və Dmitri Kuleba görüşdən sonra birgə mətbuat konfransı keçirib.
Koen Kiyevə yəhudi dövləti tərəfindən yardım vəd edib. İsrail Ukraynanın səhiyyə sistemi və mülki infrastrukturunun bərpasına 200 milyon dollar məbləğində kredit verəcək.
Bundan başqa, yəhudi dövləti Ukraynaya İsrailin özündə istifadə edilənə analoji olaraq raket atəşləri haqqında xəbərdarlıq sisteminin işlənib hazırlanması və tətbiq edilməsində köməklik göstərəcək.
Həmçinin döyüşən Şərqi Avropa ölkəsinin sərhədlərinin dəyişdirilməsinin yolverilməzliyi barədə bəyanatlar səsləndirilib.
“İsrail, əvvəllər deyildiyi kimi, Ukrayna xalqı ilə möhkəm həmrəydir və əvvəlkitək ölkənin suverenliyi və ərazi bütövlüyünə sadiqdir”, – Koen qeyd edib.
Bundan başqa, İsrail BMT-də Ukraynanın dinc nizamlanma planını dəstəkləmək öhdəliyini üzərinə götürüb.
Ukrayna XİN rəhbəri bəyan edib ki, yəhudi dövlətindən daha çoxunu gözləyir. “İsrailə təhlükəsizlik və müdafiə sahəsində bizə lazım olanların siyahısı çox yaxşı məlumdur. Biz qərarların qəbulunu gözləyəcəyik”, – Dmitri Kuleba deyib.
Birmənalı fikirlərə rəğmən, Ukrayna xarici işlər nazirinin ətrafında olan “Times of İsrael” nəşrinin mənbələri qeyd edir ki, Kuleba görüşdən razı qalıb.
Bununla yanaşı, Koenin səfəri zamanı ölkələr arasında ixtilafların olmasını sübut edən bir neçə epizodlar olub. Belə ki, Buçanı ziyarət edən zaman İsrail diplomatiyasının rəhbəri Rusiyanın adını çəkməkdən vaz keçib. Orada baş verənləri o, “Ukrayna xalqının dəhşətli faciəsi” adlandırıb və buna “laqeyd qalmağın mümkünsüzlüyünü” bəyan edib. İsrail KİV-ləri məlumat verib ki, Ukraynanın yüksək vəzifəli məmurları Koenin Buçada törədilən cinayətlərdə günahkarların adlarını çəkməməsindən məyusluğunu ifadə edib.
Kuleba ilə görüşdən sonra Koen Ukrayna prezidenti ilə görüşə yollanıb, görüş bir saata yaxın davam edib.
Bu görüşdə yəhudi dövlətinin baş diplomatı Rusiya ilə müharibə vəziyyətində olan Ukrayna ilə həmrəyliyini ifadə edib.
“Mənim prezident Zelenski ilə görüşüm sona çatıb. Söhbət zamanı mən vurğuladım ki, İsrail birmənalı olaraq Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəkləyir. Biz həmçinin razılığa gəldik ki, İranın Ukraynada terrorçu fəaliyyəti ən sərt şəkildə pislənilməyə layiqdir və dünya birliyi tərəfindən praktiki addımlar atılmalıdır. Mən həmçinin vəd etdim ki, İsrail yardımı genişləndirəcək və müharibədən sonra Ukraynanın bərpasında iştirak edəcək”, – Eli Koen Ukrayna rəhbəri ilə görüşdən sonra “Twitter” səhifəsində yazıb.
Vladimir Zelenski həmçinin ayətüllah rejimini xatırladıb: “İran Ukrayna və İsrailin ümumi düşmənidir”. Prezident başqa məsələlərə də toxunub. O cümlədən o, Ukrayna vətəndaşlarının
İsrailə işçi səfərlərinin sayını artırmağı və USQ-nin yaralı döyüşçülərinin yəhudi dövlətində müalicə və reabilitasiyaya götürməyi xahiş edib. Zelenski həmçinin İsrail tərəfindən müdafiə silahının tədarük edilməsini xahiş edib.
Eli Koen Rusiyanın tammiqyaslı hərbi müdaxiləsindən sonra İsrailin Kiyevi ziyarət edən ilk hökumət məmurudur. Onun Ukraynaya səfəri, ümumilikdə, 12 saat davam edib. Zelenski və Kuleba ilə görüşlərdən başqa, Koen “Babiy Yar” xatirə kompleksini və Rusiyanın hərbi müdaxiləsi nəticəsində ciddi zərər çəkən Buça şəhərini də ziyarət edib.