Dünya

“İran cənub və ya şimala hücum edəcək” – “Wall Street Journal”ın İDDİASI

“İran cənub və ya şimala hücum edəcək” – “Wall Street Journal”ın İDDİASIbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ mediasının xəbərlərinə görə, İsrail iki gün ərzində İrandan birbaşa hücumun həyata keçiriləcəyinə hazırlaşır.

 

7Times.az  bildirir ki, bununla bağlı məlumatı “Wall Street Journal” qəzeti ABŞ-də olan mənbələrə istinadən yazıb.

 

Nəşr yazır ki, İsrail iki gün ərzində İrandan birbaşa hücumun olacağını gözləyir. “Wall Street Journal” qəzetinə danışan mənbə qeyd edib ki, gözlənilən hücum İrana məxsus olan Dəməşqdəki konsulluq binasına İsrailin hücumuna cavab xarakterli olacaq.

 

Mənbə qeyd edib ki, Təl-Əviv İranın 24-48 saat ərzində İsrailin cənub və ya şimalına birbaşa hücuma keçməyinə hazırlıq görürü. İran rəhbərliyindən məlumat aldığı bildirilən ikinci mənbə isə hücum planlarının müzakirə edildiyini, amma yekun qərarın verilmədiyini bildirib: “Hücum planları dini liderin (Ayətullah Əli Xamenei-red.) önündədir və o, hələ də siyasi riski dəyərləndirir”.

 

Xatırladaq ki, aprelin 1-də İranın Dəməşqdəki konsulluq binasına İsrail ordusu hava hücumu təşkil edib. Hücum nəticəsində 2-si general olmaqla İran İnqilab Keşikçiləri Ordusundan ümumilikdə 7 nəfər həlak olub. İran hücumun İsrail tərəfindən törədildiyini, hücumun qisasının alınacağını və hücuma görə ABŞ-nin də məsuliyyət daşıdığını bəyan edib.

Sfera.az