Dünya

İran Ərdoğanın ittihamına reaksiya verdi – “Xoruzun quyruğu”nu göstərdi

İran Ərdoğanın ittihamına reaksiya verdi – “Xoruzun quyruğu”nu göstərdibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıdan Ankaraya qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında bildirdi ki, İran Zəngəzur dəhlizi layihəsinin həyata keçirilməsinə qarşıdır. Türkiyə prezidenti İslam Respublikasının belə mövqeyindən təəssüfləndiyini də qeyd etmişdi

7Times.az xəbər verir ki, İran Ərdoğanın bu ittihamına münasibət bildirib. İranın ali dini lideri Ayətullah Əli Xameneinin sözçüsü Ayətullah Seyid Həsən Amili deyib ki,, əslində İran Azərbaycanla Naxçıvan arasında birbaşa nəqliyyat əlaqəsinin yaradılmasının əleyhinə deyil:

“İranın Ermənistan ərazisindən keçməklə Azərbaycanla Naxçıvan arasında nəqliyyat əlaqəsi yaratmaqla bağlı heç bir problemi yoxdur. İran 20 ilə yaxındır ki, Azərbaycana öz ərazisindən Naxçıvanla əlaqə saxlamaq üçün imkan yaradıb. İndi də bu yol Azərbaycan avtomobilləri üçün açıqdır. Əgər Ermənistan öz ərazisi ilə Naxçıvanla nəqliyyat əlaqəsi yaratmağa imkan verməsə, biz İran ərazisindən Azərbaycanı Naxçıvanla birləşdirən daha yaxşı yol çəkməyə hazırıq. Azərbaycan, Naxçıvan və Türkiyəni İran torpaqları birləşdirməlidir. Hər iki marşrutla Türkiyə öz mallarını Orta Asiyaya rahatlıqla daşıya bilər”.

Bu açıqlama ilə molla rejimi əsl niyyətini ortaya qoyub. İran istəyir ki, Azərbaycanın Naxçıvan və Türkiyə ilə əlaqələri yalnız onun ərazisi vasitəsilə həyata keçirilsin. Bu da molla rejiminə Türkiyə və Azərbaycana istənilən vaxt təzyiq göstərmək, öz maraqlarını diktə etmək imkanı verir. Necə deyərlər, molla rejiminin “qırmız xətt”inin mahiyyəti, “xoruzun quyruğu” budur.

Publika.az