Siyasət

İran erməniləri etirazlarla bağlı molla rejimini dəstəklədi

İran erməniləri etirazlarla bağlı molla rejimini dəstəklədibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İrandakı erməni icmasının nümayəndələri bəyanatla çıxış edib.

“7Times.az” xarici mediaya istinadən xəbər verir ki, İrandakı erməni icması ölkədə baş verən etiraz aksiyaları və terror aktları ilə əlaqədar olaraq hökumətin mövqeyini dəstəkləyib və sabitliyin təmin edilməsi üçün çağırış edib.

Bildirilib ki, bir müddətdir İranda baş verən etirazlar ölkə vətəndaşlarının ölümünə, ictimai asayişin, təhlükəsizliyin pozulmasına səbəb olub və erməni icmasının ciddi narahatlığına səbəb olub.

Eyni zamanda, ölkənin təhlükəsizliyini qoruyub saxlamaq üçün baş verənlərdə təqsirkar olanların məsuliyyətə cəlb edilməli olduğu vurğulanıb.