İranın xüsusi xidmət orqanları İsrailin xarici kəşfiyyat xidməti “Mossad”a məxsus olduğu iddia edilən daha bir gizli obyektin ifşa edildiyini açıqlayıb. Rəsmi Tehran iddia edir ki, bu obyekt pilotsuz uçuş aparatlarının (PUA) yığılması üçün istifadə olunurdu və paytaxt Tehranın ərazisində yerləşirdi.
İran mediasında yayılan məlumatlara görə, sözügedən obyekt mülki müəssisə adı altında fəaliyyət göstərib və bir müddətdir izlənilirdi. Nəticədə, İran təhlükəsizlik qüvvələrinin keçirdiyi xüsusi əməliyyat zamanı obyektin “Mossad”la əlaqəli olduğu müəyyən edilib. Hadisə ilə bağlı əlavə video və ya foto materiallar hələlik yayılmayıb.
Qeyd edək ki, İran və İsrail arasında kəşfiyyat və texnologiya sahəsində qarşıdurma son illərdə daha da kəskinləşib. Xüsusilə PUA texnologiyalarına dair mübarizə iki ölkə arasında geosiyasi qarşıdurmanın əsas elementlərindən birinə çevrilib.
Follow @7timesaz