“İran mənə qarşı sui-qəsd edəcəyi təqdirdə məhv ediləcək”.
7Times.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp deyib.
“Hökumət Tehrana maksimum təzyiq göstərəcək. Mən göstərişlər vermişəm, əgər onlar bunu (sui-qəsd) etsələr, məhv ediləcəklər, heç nə qalmayacaq”,-deyə o, bildirib.
Qeyd edək ki, federal səlahiyyətlilər illərdir ki, İranın Tramp və digər administrasiya rəsmilərinə qarşı təhdidlərini üzə çıxarır. ABŞ-nin Ədliyyə Nazirliyi noyabr ayında İranın prezident seçkiləri öncəsi Trampı öldürmək planının qarşısının alındığını açıqlamışdı.
“AzPolitika”
Follow @7timesaz