Dünya

“İran nüvə proqramı ilə bağlı güzəştə hazırdır” – Baqai

“İran nüvə proqramı ilə bağlı güzəştə hazırdır” – Baqaibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran ABŞ ilə nüvə proqramı barədə danışıqlarda güzəştə açıqdır, lakin uranın zənginləşdirilməsi və dinc nüvə enerjisi məsələsi müzakirə mövzusu deyil.

“Report”un xəbərinə görə, bunu CNN telekanalına müsahibəsində İslam Respublikasının Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmail Baqai deyib.

“Əgər (danışıqların) məqsədi İranın nüvə proqramının bir hissəsi kimi silah istehsal etməyəcəyinə dair zəmanət almaqdırsa, düşünürəm ki, bunu çox asanlıqla edə bilərik. Əgər ABŞ-nin niyyəti iranlıları dinc nüvə enerjisindən məhrum etməkdirsə, bu, bütün prosesi sual altına qoyar”, – o deyib.

“İranlılar heç bir təzyiqə boyun əyməyəcəklər. Biz sözsüz ki, milli təhlükəsizliyimizi qoruyacağıq”, – diplomat əmin edib.