İran Prezidenti Məsud Pezeşkian ölkə hakimiyyətinin paytaxtı daha cənuba köçürmək niyyətini açıqlayıb.
7Times.az Oxu.Az-a istinadla xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
Pezeşkianın sözlərinə görə, iqtisadi səbəblərdən Tehranın respublikanın əsas şəhəri kimi qalması artıq mümkün deyil.
Prezident aydınlaşdırıb ki, yeni paytaxtın Fars körfəzi sahillərinə yaxın yerləşməsi daha düzgün olar.
Qeyd edək ki, indiki paytaxt İranın şimalında, Elbrus dağ silsiləsinin ətəyində, Xəzər dənizi sahilindən 90 km cənubda yerləşir. Tehran 1786-cı ildə ölkənin əsas şəhəri olub.
Follow @7timesaz