İran polisi Loristan vilayətinin Əliqudarz rayonu sakini Həyatullah Əbdini başından güllələyərək qətlə yetirib.
“Azad İran” Telegram kanalı xəbər verir ki, heyvandarlıqla məşğul olan gənc avtomobillə hərəkət edərkən polis ona “dayan” əmri verib.
Lakin Həyatullah Əbdi polisin əmrini eşitmir. Bundan sonra İran polisi gəncin maşınına tərəf, birbaşa onun baş nahiyəsini nişan alaraq atəş açıb. Nəticədə o, həyatını itirib.
Qeyd edək ki, İran polisinin ölkə vətəndaşlarını güllələyərək qətlə yetirməsinə dair video və görüntülər tez-tez yayılır.
Follow @7timesaz