İran Vyana danışıqlarında nüvə sənədi layihəsində radikal dəyişiklik təklif edib.
7times xəbər verir ki, bu sözləri Rusiyanı Vyanadakı beynəlxalq təşkilatlarda təmsil edən Mixail Ulyanov deyib.
O bildirib ki, nüvə danışıqları ilə bağlı əvvəlki 6 raundda razılaşdırılan məqamlara ciddi dəyişiklik təklif edən İranın bu addımını Qərb nümayəndələri “həddən artıq radikal” hesab edir.
M.Ulyanov ABŞ Dövlət katibi Entoni Blinkenin “İranın nüvə sazişinə qayıtmaqla bağlı ciddi addımlarını görmürük” sözlərinin də bununla bağlı olduğunu bildirib.
O, həmçinin vurğulayıb ki, Vyana danışıqlarında razılıq əldə edilən bircə detal da yoxdur:
“Amma əlbəttə, dəyişiklik, əlavələr həmişə mümkündür. Ona görə də situasiyanı dramatikləşdirmirik. Əslində asan danışıqlar olacağını da kimsə gözləmirdi”.
Qeyd edək ki, Vyanada İranla nüvə müqaviləsi ilə bağlı danışıqların 7-ci raundu 29 noyabrda başlayıb.Axar.az
Follow @7timesaz