Maqazin

İran şahının sözünü yerə salan, Türkiyə liderinin məftun olduğu azərbaycanlı müğənni – VİDEO

İran şahının sözünü yerə salan, Türkiyə liderinin məftun olduğu azərbaycanlı müğənni – VİDEObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sara Qədimova əslən Qarabağdan olsa da, Bakıda doğulub.

 

Cəmi 15 yaşında bu gözəl sənətkar özündən söz etdirib. Belə ki, 1938-ci ildə özfəaliyyət kollektivlərinin baxış müsabiqəsi keçirilirdi. Sara Qədimova da bu müsabiqədə iştirak edirdi.

 

İlk dəfə nəhəng sənətkarların qarşısında çıxış edirdi. O, “Qatar”ı oxumağa başlayıb. Ardınca “Gəlmə-gəlmə” xalq mahnısını ifa edəndən sonra Üzeyir Hacıbəyov heyrətdən donub qalıb.

 

Sara xanımın sənətkar kimi yetişməsində Hüseynqulu Sarabski, Xan Şuşinski, Seyid Şuşinski kimi nəhəng ustadların təsiri olub. O, öz sələflərinin layiqli davamçısı olaraq ömrünün sonuna kimi klassik ifaçılıq ənənələrinə sadiq qalıb.

 

22 yaşında o, növbəti konsertlərinin birində həyatının axarını dəyişən bir təklif alır. Sonralar Sara Qədimova xatırlayırdı:

 

“Qədir müəllim Tibb Texnikumunun direktoru idi. Mən mamalıq şöbəsində oxuyurdum. 1944-cü ildə bir gün konsertdən sonra Qədir müəllim mənə yaxınlaşıb ciddi şəkildə “Səninlə ailə qurmaq istəyirəm”, – dedi.

 

Sara xanım ilk öncələr tərəddüd edir, buna səbəb Qədir İslamzadənin Saradan 24 yaş böyük olması idi. Ancaq Sara xanım onunla evlənir. Lakin 8 il sonra cütlük evliliklərini bitirirlər.

Sara Qədimova Sovetlər dövründə xarici ölkələrə ən çox qastrola gedən müğənnilərimizdən biridir. Xüsusilə, Yaxın Şərqdə Sara xanımın daha çox sevənləri vardı. 1944-cü ildə Xan Şuşinski ilə Sara xanım Rza şahın dəvəti ilə İrana dəvət alır. Şahın qarşısında çıxış edən 20 yaşlı Sara xanımın ifası şahı necə valeh edirsə, ona orden bağışlayır. Və hətta Tehranda qalmasını istəyir. Lakin gənc Sara şahın sözünü yerə salır və Bakıya dönür.

 

1963-cü ildə Sara Qədimova İndoneziyaya qastrol səfərinə gedir. Onun ifası ölkə prezidentini necə məftun edirsə, Sara xanımı evinə dəvət edir. Müğənniyə bahalı hədiyyələr bəxş edən prezident onu 3 ay öz ölkəsində qonaq saxlayır.

 

Türkiyənin sabiq prezidenti Süleyman Dəmirəl prezident seçilməmişdən əvvəl Bakıda səfərdə olarkən Sara Qədimovanın ifasını dinləyib.

 

Sara xanım o zaman Abbas Səhhətin məşhur “Könlümün sevgili məhbubu mənim, vətənimdir, vətənimdir, vətənim” qəzəlini muğam üstündə ifa edərkən Dəmirəlin çox xoşuna gəlib. Dəmirəl prezident seçiləndən sonra Sara xanımla görüşüb. Onu Türk dünyasının ulduzu adlandırır.

 

Görkəmli opera və müğam ifaçısı Sara Qədimova haqqında daha ətraflı aşağıdakı videoda: