İran rəhbərliyi Qətərdə keçirilən futbol üzrə dünya çempionatında milli komandanın Uels yığması üzərində qələbəsindən sonra 715 məhkumu azad edib.
7Times.az xarici KİV-ə istinadən xəbər verir ki, İranın məhkəmə sisteminin rəhbəri Qulam Hüseyn Mohseni-Ecei bununla bağlı qərar imzalayıb.
O, iranlı futbolçuların qələbəsini yüksək qiymətləndirərək, bunun İran xalqına sevinc və xoşbəxtlik bəxş etdiyini qeyd edib.
Modern.az
Follow @7timesaz