Region

İran uranın zənginləşdirilməsi üçün yeni sentrifuqalar quraşdırıb

İran uranın zənginləşdirilməsi üçün yeni sentrifuqalar quraşdırıbbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran Fordodakı obyektində uranı zənginləşdirmək üçün dörd IR-6 sentrifuqası quraşdırıb.

7Times.az xəbər verir ki, bu barədə “Reuters” Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) hesabatına istinadən məlumat yayıb.

Agentlik bundan əvvəl məlumat verib ki, Tehran Fordoda 174 IR-6 sentrifuqasından ibarət 8 kaskad quraşdırmaq istəyir. Sənəddə qeyd edilir ki, AEBA dörd kaskadın quraşdırılmasını təsdiq edə bilib.

Hesabatda qeyd olunur ki, İran bu obyektlərdə uranı zənginləşdirməyə nə vaxt və hansı səviyyədə başlayacağını dəqiqləşdirməyib.