Milli Məclis payız sessiyasında 16 iclas keçirib, 84 qanun, 41 qərar qəbul edib.
7Times.az xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bugünkü plenar iclasında sessiyanın yekunları ilə bağlı çıxış edərkən deyib.
Payız sessiyası və il ərzində görülən işlər haqqında məlumat verən spiker diqqətə çatdırıb ki, indiyə qədər olduğu kimi, Milli Məclisin fəaliyyəti Azərbaycan Prezidenti İlham Əliyevin VII çağırış Milli Məclisin birinci iclasında verdiyi tövsiyələr əsasında qurulub.
Spiker Milli Məclisin Konstitusiya ilə nəzərdə tutulan səlahiyyətlərinin tam yerinə yetirildiyini qeyd edib.
Follow @7timesaz