İranın Ərzaq və Dərman Vasitələri İdarəsinin sədri Bəhram Darayi koronavirusa qarşı xaricdən vaksin idxalının dayandırıldığını və yerli peyvənddən istifadə edəcəklərini bildirib.
O, bu barədə dövlət televiziyasında çıxış edərək məlumat verib.
“Hazırda xaricdən heç bir şəkildə peyvənd idxal etmirik. Üçüncü dozada yerli peyvəndlərə güvənirik və ehtiyaclarımızı qarşılamaq üçün kifayət qədər istehsal olunacağını düşünürük”, – deyə o bəyan edib.
Yerli istehsalçıların ayda ən az 15 milyon doza COVID peyvəndi istehsal edəcəyini qeyd edən Darayi İranın istehsal etdiyi yerli vaksinlərin Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən təsdiqlənməsi üçün müvafiq sənədlərin hazırlanaraq göndəriləcəyini vurğulayıb.
Follow @7timesaz