Nüvə silahı İranın siyasi doktrinasına daxil deyil, ona malik olmaq İslam Respublikasının prinsiplərinə ziddir.
Bunu bazar günü İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan BMT-nin baş katibi Antonio Quterreşlə telefon danışığı zamanı deyib.
Abdullahiyanın sözlərinə görə, Yaxın Şərqdə atom silahlarından azad zonanın yaradılmasına ciddi diqqət yetirilməlidir.
“İran İslam Respublikası belə bir zonanın yaradılmasının təşəbbüskarlarından biridir və biz bu istiqamətdə konstruktiv əməkdaşlığı davam etdirməyə hazırıq”, – deyə o, vurğulayıb.
Follow @7timesaz