Dünya

“İran Yaxın Şərq regionunda gərginliyi artırır” – Pentaqon

“İran Yaxın Şərq regionunda gərginliyi artırır” – Pentaqonbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran Yaxın Şərq regionunda münaqişənin mümkün eskalasiyasının qarşısını almaq üçün addımlar atmalıdır.

APA-nın məlumatına görə, bunu ABŞ-ın müdafiə naziri Lloyd Ostin Təl-Əvivdə israilli həmkarı Yoav Qalantla birgə mətbuat konfransında deyib.

“Əlbəttə, Birləşmiş Ştatlar müharibə istəmir. Biz İranı eskalasiyanın qarşısını almaq üçün addımlar atmağa çağırırıq”, – Ostin bildirib. Onun sözlərinə görə, İran hazırda radikal qrupları dəstəkləməkdə davam edərək “regionda gərginliyi artırır”.

“Biz münaqişənin Qəzza zolağından kənara yayılmaması üçün çalışırıq”, – Ostin vurğulayıb.