Dünya

İranda baş verən atışmada üç hücumçu zərərsizləşdirilib, bir polis ölüb

İranda baş verən atışmada üç hücumçu zərərsizləşdirilib, bir polis ölübbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın cənub-şərqində naməlum şəxslərlə polis arasında baş verən qarşıdurmada 4 nəfər ölüb, bir nəfər yaralanıb.

“7Times.az” bu barədə yerli KİV-ə istinadən xəbər verir.

Məlumata görə, Sistan və Bəlucistan əyalətinin Saravan şəhərində naməlum şəxslər polis əməkdaşlarına hücum ediblər.

Tərəflər arasındakı atışma nəticəsində 3 hücumçu zərərsizləşdirilib, bir polis əməkdaşı ölüb, digəri isə yaralanıb.

Hadisənin təfərrüatları araşdırılır.