İranda Məşhəd-Yezd reysini həyata keçirən qatar qəzaya uğrayıb.
Axar.az xəbər verir ki, hadisə yerli vaxtla saat 05:30-da Tebes şəhəri yaxınlığındakı Mezino stansiyasında baş verib.
Sərnişin qatarının 7 vaqonundan 5-i relsdən çıxıb. Qəza nəticəsində azı 10 nəfər həyatını itirib, 15 nəfər isə yaralanıb.
Hadisə yerinə 3 helikopter və 10 təcili yardım maşını göndərilib.
Ölən və yaralananların sayının artacağı istisna edilmir.
Qəzanın başvermə səbəbləri araşdırılır.
***
Son məlumata görə, qəza nəticəsində ən azı 17 nəfər ölüb, 50 nəfər yaralanıb.
Qatarda ümumilikdə 430 sərnişin olub.
***
İranda sərnişin qatarının Tebes şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində ölənlərin sayı 21-ə çatıb.
Bu barədə Tebes şəhərinin fərmandarı Əli Əkbər Rəhimi jurnalistlərə bildirib.
O qeyd edib ki, hadisə yaşayış məntəqəsindən uzaqda baş verdiyi üçün yaralılar təcili yardım helikopteri ilə xəstəxanaya çatdırılıb.
İran Dövlət Dəmir Yolları İdarəsinin açıqlamasına görə, qəzanın səbəbini aydınlaşdırmaq üçün 6 nəfər mütəxəssisdən ibarət komissiya yaradılıb. Hazırda komissiya üzvləri hadisə yerində araşdırma aparırlar. İlkin məlumata görə, qatar ekskavator ilə toqquşub. Qatarın hərəkəti vaxtı ekskavatorun dəmir yolunda olması təəccüb doğurur. Bu məsələlərlə hüquq-mühafizə orqanları məşğul olur. Artıq İranın Baş Prokurorluğu hadisə ilə bağlı cinayət işi açıldığını bəyan edib.
İstintaq təqsirkarları müəyyən etməyə çalışır.
Follow @7timesaz