Ötən günlər ərzində İran parlamentinin Qum, Kirmanşah və Əliabaddan olan daha 3 deputatı koronavirusa yoluxub.
“Unikal”-ın məlumatına görə, bununla da parlamentin koronavirusa yoluxan nümayəndələrinin sayı 47-dən 50-yə yüksəlib.
Qeyd edək ki, bundan öncə İran parlamentinin rəyasət heyətinin üzvi Müctəba Yusifi deyib ki, 120 deputatdan koronavirusa qarşı test götürülüb və onlardan 47 nəfərin nəticələri müsbət çıxıb. Parlament bir necə günlük iclasları təxirə salıb.
Follow @7timesaz