Dünya

İranda limanda partlayış zamanı yaralananların sayı 281 nəfərə çatıb

İranda limanda partlayış zamanı yaralananların sayı 281 nəfərə çatıbbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın Bəndər Abbas şəhərində Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində yaralananların sayı 281 nəfərə çatıb.

“Report”un “Tasnim”ə istinadən verdiyi məlumata görə, bu barədə Hörmüzqan əyalətinin təcili xidmətləri məlumat yayıb.

Bildirilib ki, onlardan 195 nəfəri Hörmüzqandakı xəstəxanalara yerləşdiriliblər.

Məlumatda ölənlərin sayının hələ ki məlum olmadığı da qeyd edilib.

Partlayışın səbəbi araşdırılır.