İranda “Maroon Petrochemical” neft-kimya zavodunun Baş direktoru Məcid Məhəmmədiyə qarşı sui-qəsd təşkil edilib.
7Times.az İran KİV-nə istinadən xəbər verir ki, naməlum silahlı şəxslər Məcid Məhəmmədinin Əhvəz şəhərində yerləşən evinə basqın ediblər.
Məlumata əsasən, Məhəmmədi hücum zamanı sağ qalıb və o, xəstəxanaya yerləşdirilib. Hazırda onun vəziyyəti sabit olaraq qiymətləndirilir.
Follow @7timesaz