İran İslam Respublikası Radio və Televiziya Şurası qadınlarla bağlı yeni yasaqları açıqlayıb.
7Times.az “qafqazinfo”-ya istinadən xəbər verir ki, yeni qərarla qadınların ekran önündə pizza və sendviç yeməsi yasaqlanıb.
Bundan başqa, televiziyada qadınların dəri əlcək geyinməsi və qırmızı rəngli içkilər içməsi də qadağan olunub.
İş yerlərində kişilərin qadınlara çay verdiyi səhnələrin də yasaqlandığı bildirilib.
Qeyd olunub ki, İran televiziyasında “əxlaqsız mesajlara” ehtiyac yoxdur.
Follow @7timesaz